Rusiyada bəndin uçdu – 600-ə yaxın evi su basıbbackend

Rusiyada bəndin uçdu – 600-ə yaxın evi su basıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bəndin uçması nəticəsində 600-ə yaxın evi su basıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqın zonasından sakinlərin təxliyyəsi davam edir.

“Xilasedicilər qayıqlardan istifadə etməklə insanları çıxarırlar. 12 müvəqqəti yerləşdirmə mərkəzində 73-ü uşaq olmaqla, 230-a yaxın insan var” – deyə məlumatda bildirilib.

Hadisə yerində 530-dan çox mütəxəssis, 125 texnika və 75 qayıq var.4 mindən çox ev və 11 minə yaxın sakin daşqın zonasındadır.

Şəhərin üç rayonundan ikisi – Leninski və Sovetski təxliyə edilir. Daşqına görə, Orenburq vilayətində fövqəladə vəziyyət rejimi elan olunub.