Rusiyada hökumət komissiyası əmək miqrantları ilə bağlı yeni qaydaları təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, qərara əsasən, ölkədə müvəqqəti yaşayan miqrantlar artıq öz qanuni gəlirləri barədə məlumatları Rusiyanın Daxili İşlər Nazirliyinə təqdim etməli olacaqlar.
Yeni qaydalara görə, xarici vətəndaşlar Rusiya Daxili İşlər Nazirliyinə hesabat dövrü üzrə gəlir arayışı, vergi bəyannaməsinin surəti və vergilərin ödənilməsini təsdiqləyən sənədlər təqdim etməyə borclu olacaqlar.
Əsas dəyişikliklər aşağıdakılardır:
– Hesabat dövrü üzrə gəlir haqqında arayışın, vergi bəyannaməsinin surətinin və vergi ödənişlərini təsdiqləyən sənədlərin təqdim edilməsi məcburiyyəti.
– İş icazəsi olmayan əcnəbilər üçün müvəqqəti qalma müddətinin azaldılması imkanı.
– Gəliri təsdiqlənməyən miqrantların ailə üzvlərinə də qalma müddətinin azaldılması tətbiq oluna bilər.
– Gəliri yaşadığı region üzrə yaşayış minimumundan aşağı olan miqrantlara iş patenti verilməsi və ya uzadılması qadağan ediləcək. Bu qayda ilkin patent alanlara və fiziki şəxslərin şəxsi ehtiyacları üçün işləyənlərə şamil olunmayacaq.
– Fiziki şəxslərin yanında çalışan əmək miqrantları gəlir vergisi üzrə avans ödənişi etməli olacaqlar. Hər yetkinlik yaşına çatmamış övlad üçün bu məbləğ 50 faiz artırılacaq.
– Aylıq avans ödənişinin baza məbləği təşkilat və fərdi sahibkarlarda çalışanlar üçün 1 200 rubl, fiziki şəxslərin yanında işləyənlər üçün isə 1 700 rubl olacaq.
Qeyd edilib ki, bu tədbirlər Rusiyada əmək miqrasiyasına nəzarətin gücləndirilməsi və qanunvericiliyin icrasının təmin olunması məqsədi daşıyır.
Sara













