Rusiyada yaşayan azərbaycanlı milyarderlərin sərvəti açıqlandı – Ağalarov yarım milyard dollar itiribbackend

Rusiyada yaşayan azərbaycanlı milyarderlərin sərvəti açıqlandı – Ağalarov yarım milyard dollar itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən varlı 200 iş adamının siyahısı açıqlanıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məşhur “Forbes” jurnalının Rusiya versiyasının açıqladığı məlumata əsasən, Rusiyanın ən varlı iş adamı Aleksey Mordaşov hesab olunur. 55 yaşlı Aleksey Mordaşovun ümumi sərvəti 29,1 milyard dollara bərabərdir.

Ötən il 1-ci sırada olan 60 yaşlı Vladimir Potanin bu il 27 milyard dollarla siyahıda 2-ci sırada yer alıb. Siyahıda 3-cü sırada 26,2 milyard dollarla Vladimir Lisin qərarlaşıb.

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov isə 24,9 milyard dollar sərvətlə Rusiyanın ən varlı 4-cü şəxsi hesab olunur. 70 yaşlı Vahid Ələkbərov son bir ildə sərvətini kəskin artırıb. Qeyd edək ki, 2020-ci ilin hesabatında Vahid Ələkbərovun ümumi sərvəti 15,2 milyard dollar həcmində dəyərləndirilmişdi.

Vahid Ələkbərovdan başqa Rusiyanın ən varlı 200 iş adamının arasına Azərbaycandan olan daha 4 iş adamı yer ala bilib.

Əslən Quba rayonunun “Qırmızı Qəsəbə” kəndindən olan yahudi əsilli Zarax İliyev 42-ci, Qod Nisanov isə 43-ci sırada qərarlaşıblar. Hər iki iş adamının 3,4 milyard dollar sərvətinin olduğu bildirilir. Həm 54 yaşlı Zarax İliyevin, həm də 48 yaşlı Qod Nisanovun sərvəti son bir ildə 700 milyon dollar artıb.

Rusiyanın ən varlı 200 iş adamının siyahısında 88-ci sırada olan Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun isə 1,4 milyard dollar sərvəti var.

Daha bir Azərbaycan əsilli iş adamı – Araz Ağalarovun sərvəti isə son bir ildə 500 milyon dollar azalıb. Ötən il 1,7 milyard dollar sərvətilə siyahıda 55-ci sırada yer alan, 65 yaşlı Araz Ağalarov bu il 1,2 milyard dollarla 100-ci sıraya geriləyib.

Onu da bildirək ki, siyahıda erməni əsilli iş adamları arasında ən varlısı Sergey Qaliеыkiy hesab olunur. Sergey Qaliеыkiy Rusiyanın ən varlı 200 iş adamının siyahısında 40-cı sırada yer alıb və onun 3,5 milyard dollar sərvətinin olduğu bildirilir.