Rusiyadan “Google”a sanksiya XƏBƏRDARLIĞIbackend

Rusiyadan “Google”a sanksiya XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-qanuni məzmunları əngəlləmədiyinə görə “Google”a sanksiya tətbiq edilə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federal Elm Texnologiyaları və Kütləvi İnformasiyaların Monitorinqi Qurumunun (Roskomnadzor) yaydığı açıqlamada deyilir.

Bildirilib ki, “Google”un axtarış nəticələrində Rusiyada qeyri-qanuni məzmunlarla əlaqələrin 20-30 faizi bağlanmayıb:

“Sözügedən məzmunların bağlanmamasına görə şirkətə və “Youtube” kimi xidmətlərə sanksiya tətbiq edilə bilər. “Google” qeyri-qanuni məzmunların yayımlandığı platformadır.

Bu məzmunların aradan qaldırılması üçün şirkətə bir gün vaxt verildi. Əks halda, sürətini azaltmaq kimi tədbirlərə əl atacağıq”.
Konkret.az