Sabah bu muzeylərə giriş pulsuz olacaq – Siyahıbackend

Sabah bu muzeylərə giriş pulsuz olacaq – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə açıq qapı günü keçiriləcək.

NOCOMMENT xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat dərc edilib.

Bildirilib ki, hər il mayın 18-də Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir:

“Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. ICOM tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub”.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub: “Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər”.

Açıq qapı gününün şamil edildiyi muzeylərin siyahısını təqdim edirik:

Muzeyin adı Ünvan
1 Azərbaycan Milli İncəsənət Muzeyi Niyazi küçəsi, 9/11
2 Azərbaycan Milli Xalça Muzeyi Mikayıl Useynov pr-ti 28, Bulvar
3 C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Neftçilər prospekti, 123a
4 Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Neftçilər prospekti, 123a
5 Filial: Niyazinin Xatirə Muzeyi Bülbül pr-ti 21, mənzil 24
6 Filial: Vaqif Mustafazadənin Xatirə Muzeyi İçərişəhər, V.Mustafazadə döngəsi 4
7 Filial: Xalq çalğı alətləri şöbəsi Zərgərpalan küçəsi
8 Filial: Qara Qarayevin Ev-Muzeyi Nizami küçəsi, 47
9 Azərbaycan İstiqlal Muzeyi Neftçilər prospekti, 123 a
10 Üzeyir Hacıbəylinin Ev-Muzeyi Ş.Əzizbəyov küçəsi, 67/69
11 Səməd Vurğunun Ev-Muzeyi Tərlan Əliyarbəyov küçəsi, 6
12 Bülbülün Memorial Muzeyi Bülbül prospekti, 15
13 Məmməd Səid Ordubadinin Xatirə Muzeyi Xəqani küç. 43
14 Cəlil Məmmədquluzadənin Ev-Muzeyi S.Tağızadə küçəsi, 56
15 Əzim Əzimzadənin Mənzil-Muzeyi D.Əliyeva küçəsi, 157
16 Nəriman Nərimanovun Xatirə Muzeyi İstiqlaliyyət küçəsi, 35
17 Abdulla Şaiqin Mənzil-Muzeyi A.Şaiq küçəsi, 21
18 L.və M. Rostropoviçlərin Ev-Muzeyi L. və M. Rostropoviçlər küç., 19
19 Səttar Bəhlulzadənin Ev-Muzeyi Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küç., 5a
20 Yusuf Məmmədəliyevin Memorial Muzeyi Xocalı prosp. 30,