Sabiq məmurlarla bağlı ŞOK İDDİAbackend

Sabiq məmurlarla bağlı ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri sabiq məmurların övladlarının xarici ölkələrdə biznes qurmalarıdır. Əksəriyyət onların dövlət büdcəsindən oğurladıqları pulların Azərbaycana qaytarmasını tələb edir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədov ölkəni talan edən məmurlardan olub:

“Ölkə büdcəsini talayanlar həmin pulları xarici banklarda saxlayırlar. Britaniya banklarında da pul saxlayan məhz keçmiş məmur övladlarıdır. Baxsaq görərik ki, onların övladlarının hamısı xaricdədir.

Təsəvvür edin, Azərbaycanın pullarını mənimsəyirlər, amma Azərbaycan xalqına, dövlətinə bir qəpiklik xeyirləri yoxdur. Z.Məmmədovun oğlu Anar, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda necə lazımdır bizneslərini qurublar.

Azərbaycanın talanmış pullarıdır, aparıblar ora, onlar da yeyir bunlar da. Milli Bankın keçmiş sədri Elman Rüstəmovun sevgilisindən olan uşağı, onlara alınan ev, sabiq spiker Oqtay Əsədovun xanımının Rusiyada biznesinin üzə çıxması o deməkdir ki, bu adamlar xalqı deyil, özlərini fikirləşirlər”.

H.Hacıyev deyib ki, cənab prezident məmurlara nə qədər hörmət etsə də, yenə düzəlmədilər:

“Övladları da bu hörmətin qarşılığında ölkə üçün addım atmaq istəmirlər! Özləri bizdən olmasalar da, pullarımızı çox yaxşı yeyə bilirlər. Azərbaycan xalqının pullarını niyə ingilislərə, fransızlara yedirirsiniz axı?! Buna görə çox ciddi tədbirlər görülməlidir.

Məndə olan məlumata görə, xaricdə iş quranlardan biri də sabiq baş prokuror Zakir Qaralovdur. Azərbaycanın pulu ilə iş qurur, özü də Azərbaycana qarşı kampaniyalarda iştirak edir. Yesinlər, haram xoşları olsun. Amma dövlətimizin əleyhinə getməsinlər! Araşdıraq görək, 44 günlük Vətən müharibəsi zamanı adı çəkilən hansı məmurun balasının, lap uzaq qohumunun qolu qanayıb? Heç birinin! Lakin hansı məmuru araşdırsaq, övladlarının xaricdə iş adamı olduğu, bahalı ev alması üzə çıxar. 1700-2000 manat maaşla milyonçu olmaq olar? Bu işdə dövlət başçısının yanında olaraq, hamısını ifşa edib, taladıqları pulları vətənə qaytarmalıyıq”.

Hafiz Hacıyev deyib ki, sabiq məmurların övladlarının əksəriyyəti xaricdə düşmənlərimizlə dostluq edirlər:

“Hamısı ermənilərlə iş qurur, şərik olur. Hətta onlarla evlənənlər də var! Hansı biri xaricdə ölkəmizin təbliğatı ilə məşğuldur?! Cənab prezident bir neçə gün öncə Laçın şəhərində oldu. Görün adam nə qədər sadə və səmimidir. Niyə məmurlar İlham Əliyevdən ibrət götürmürlər?! Biz ölkə başçısının yanında olaraq talançıların ölkəyə gətirilməsində dəstək olmalıyıq”.