Şabranda bacısını su kanalına ataraq öldürən şəxsə hökm oxundubackend

Şabranda bacısını su kanalına ataraq öldürən şəxsə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda bacısını qətlə yetirməkdə təqsirləndirilən Elşən Abdulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Abdulov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Şabran rayonunda qeydə alınıb. Rayon sakini, Abdulov Elşən Oktay oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq öldürüb./apa