Şahramanyanı Qarabağdan sülhməramlılar qaçırıb – Özü açıqladıbackend

Şahramanyanı Qarabağdan sülhməramlılar qaçırıb – Özü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü buraxmış qondarma “Artsax” separatçılarının sonuncu “prezident”i Samvel Şahramanyan verdiyi müsahibədə Qarabağı necə tərk etməsindən danışıb.

NOCOMMENT.az “Aravot”a istinadla xəbər verir ki, Şahramanyan Rusiya sülhməramlı kontingentinə məxsus vertolyotla Qarabağı tərk etdiyini bildirib.

Şahramanyan deyib ki, ondan əvvəl qondarma “Artsax”ın “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın da helikopterlə Ermənistana getməsi üçün danışıqlar aparılıb, lakin Azərbaycan tərəfi buna razı olmayıb.