Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölübbackend

Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb.

NOCOMMENT xəbər verir ki, hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlu idarə etdiyi “Chevrolet Cruze” avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən noyabrın 17-də saat 02:30 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.