Samuxda əkin sahəsindən kişi meyiti tapılıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Qədili kəndində əkin sahəsində baş verib. Rayon sakini – 1963-cü il təvəllüdlü Y.Həsənovun meyiti qış otlaq üçün nəzərdə tutulan əkin sahəsindən aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlumata görə, Y.Həsənov ürəktutmasından ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.










