Sandu Moldova parlamentini Aİ-na daxil olmaq üçün referendumla bağlı təşəbbüs göstərməyə çağırıbbackend

Sandu Moldova parlamentini Aİ-na daxil olmaq üçün referendumla bağlı təşəbbüs göstərməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidenti Maya Sandu respublika parlamentini ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum keçirməyə təşəbbüs göstərməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.

Onun sözlərinə görə, Kişinyovun Avropaya inteqrasiyası məqsədi Konstitusiyada təsbit edilən kimi “Moldova Respublikasının bütün siyasi təbəqəsi ona hörmət etməyə borclu olacaq”.

2023-cü il dekabrın 24-də Moldova prezidenti Maya Sandu respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı vətəndaşların rəyini öyrənmək üçün referendum təşkil etmək təklifi ilə ölkə parlamentinə müraciət edib.

2023-cü ilin sonunda parlament üzvləri referendumun parlament və prezident seçkiləri günü keçirilə biləcəyi Seçki Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyiblər.