Sarkisyanın qardaşı oğlu yenidən həbs olundubackend

Sarkisyanın qardaşı oğlu yenidən həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs olunub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan öz feysbuk hesabında məlumat verib.

Aprelin 12-də Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun apelyasiya şikayətini təmin edib və Sarkisyana qarşı qabaqlayıcı tədbir olaraq Apelyasiya Məhkəməsinin girov tətbiq edilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, bir müddət əvvəl silah, narkotik və saxtakarlıq haqqında cinayət işi çərçivəsində axtarışa verilən Narek Sarkisyan həm də “adam oğurluğu” maddəsi ilə ittiham olunur. 2018-ci ilin dekabrında “İnterpol” onun Franklin Qonzales adlı pasportla Praqada gizləndiyini müəyyənləşdirib. Daha sonra Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana təhvil verilməsinə qərar verib. Sarkisyan qanunsuz silah saxlama, fırıldaqçılıq və insan oğurluğu ittihamlarını qəbul edib.

2019-cu ilin dekabrında İrəvana aparılan N.Sarkisyanla əlaqəli həbs qətimkan tədbiri seçilsə də, 2020-ci il noyabrın 13-də məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.