Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

“Tibb müəssisələrinin üzərinə böyük yük düşür, xüsusilə Bakıya. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı”.

NOCOMMENT.az  xəbər verir ki, bu fikirləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

R.Bayramlı bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilmədiyini, hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olduğunu bildirib. O, ümumilikdə 7 000-8 000 tibb işçisinin bu işlə məşğul olduğunu qeyd edib.