Rəşad Aslanov Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Prezidentin digər sərəncamı ilə isə Rəşad Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında və San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Beləliklə, Rəşad Aslanov diplomatik fəaliyyətini bundan sonra Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri kimi davam etdirəcək.











