Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi

Bu gün Peşəkar Futbol Liqasının (PFL) ümumi yığıncağı keçirilib.

NOCOMMENT,az xəbər verir ki, bu barədə futbol qurumu özü məlumat yayıb.

Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə PFL-in prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində Peşəkar Futbol Liqasının idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

Elxan Səmədov - PFL prezidenti

Məlik Həsənov - İdman işləri üzrə müşavir

Aslan Şahgəldiyev - Vitse-prezident

Zaur Hacı-Məhərrəmov - İcraçı direktor

Elgiz Abbasov - Texniki-idman direktoru

Sənan Abdullayev - Media və marketinq direktoru