Azərbaycanda bu gün aparılan koronavirus testlərinin sayı açıqlanıb

Azərbaycanda bu gün aparılan koronavirus testlərinin sayı açıqlanıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 811 test edildiyi, ölkə ərazisində indiyə qədər 328 385 test aparıldığı bildirilib.

Qeyd edək ki, bu gün ölkə ərazisində daha 338 yeni yoluxma, 134 sağalma və 4 ölüm faktı qeydə alınıb.