Azərbaycanda 16 may tarixində daha 5642 nəfər koronavirus testindən keçib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 226 005 şübhəli koronavirus testindən keçib. Reanimasiyada olan xəstə sayı 38, süni tənəffüs cihazında olan xəstə sayı 13 nəfərdir.













