Azərbaycanda koronavirusa daha 388 yeni yoluxma olub, 5 nəfər vəfat edib

Azərbaycanda koronavirusa daha 388 yeni yoluxma olub, 5 nəfər vəfat edib

Azərbaycanda son gün ərzində COVID-19-a daha 388 yeni yoluxma aşkarlanıb. Daha 517 nəfər koronavirusdan sağalıb, 5 nəfər dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib. Onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər təhlükəli virusdan dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Xatırladaq ki, son gün ərzində COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 627 881-ə çatıb.