“Bona Dea” tanınmış naşirin başına hansı “oyunu” açıb?

“Bona Dea” tanınmış naşirin başına hansı “oyunu” açıb?

Naşir Şahbaz Xuduoğlu “Liv Bona Dea Hospital”dan şikayət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə naşir sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Son üç günümü demək olar ki, Bonadeyada (#LivBonaDeahospital) keçirmişəm. Açığı, deməyə çətinlik çəkirəm: bu qədər gözəl, təmirli, texniki cəhətdən tam təmin olunmuş bir binada necə bu qədər biabırçı xidmət ola bilər?

İnsan izah edə bilmir. Axı eyni Liv Hospital Türkiyədə də var və orada tamamilə başqa münasibət, başqa xidmət mədəniyyəti mövcuddur. Bəs niyə qiymət Türkiyə qiyməti olduğu halda bizdə xidmət keyfiyyəti Respublika xəstəxanası, Travmatologiya, Semaşkoda olduğu kimidir?”