"TikTok" platformasında yayımlanan bir video sosial şəbəkədə böyük maraqla qarşılanıb və geniş müzakirələrə yol açıb.
NOCOMMENT.az-ın məlumatına görə, Rəvan adlı gənc xəstəxanadan video paylaşaraq yeni dünyaya gələn körpəsini qarşılamağa tək getdiyini bildirib.
Gəncin bu paylaşımı izləyicilərin diqqətindən yayınmayıb və qısa müddətdə minlərlə insan onun şərh bölməsinə dəstək mesajları yazıb.
Vətəndaşların bu səmimi dəstəyi təkcə yazılan şərhlərlə məhdudlaşmayıb.
Belə ki, çox keçmədən bir qrup insan maşınlarla xəstəxananın qarşısına gələrək gənc ataya dəstək olub və yeni doğulan körpəni birlikdə qarşılayıblar. Sosial mediada sürətlə yayılan bu görüntülər həm videonu paylaşan gəncə, həm də izləyicilərə duyğu dolu anlar yaşadıb.
Sara,











