Azərbaycanın rayonlarında doğuş zamanı baş verən ana ölümləri son dövrlərdə yenidən ciddi müzakirə mövzusuna çevrilib. Rəsmi statistika göstərir ki, bu halların əksəriyyəti kəndlərdə qeydə alınıb.
NOCOMMENT.az-ın məlumatına görə, doğuş ana və körpə üçün sevinc məqamı olsa da, bəzi ailələr üçün faciə ilə nəticələnir.
Xüsusilə regionlarda qeydə alınan hallar bu sahədə mövcud problemləri bir daha gündəmə gətirir.
Son statistik rəqəmlərin regionlar üzrə bölgüsü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib.
Mövzuya münasibət bildirən ginekoloq-cərrah Günay Əsədova deyir ki, ən çox problemlər ucqar ərazilərdə yaşanır.
Onun sözlərinə görə, ixtisaslı həkim tərəfindən ananın izlənilməməsi və vaxtında müraciət edilməməsi də sonu faciə ilə bitən hadisələrə səbəb olur.
Mütəxəssislər bildirirlər ki, ana ölümlərinin qarşısının alınması üçün hamiləlik dövründə vaxtında qeydiyyata düşmək, mütəmadi həkim nəzarətində olmaq və riskli hallar aşkarlandıqda ixtisaslaşmış tibb müəssisələrinə vaxtında müraciət etmək vacibdir.











