Bibiheybət qəsəbəsində yerləşən “Jurnalistlər binası”nda koronavirusa yoluxduğu ehtimal edilən xəstə aşkarlanıb.
NOCOMMENT.az BakuPost.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında təcili tibbi yardım briqadası polisin müşaiyətilə “Jurnalistlərin binası”na gəlib. Sakinlərdən biri təcili tibbi yardım maşınında müalicə müəssisəsinə aparılıb.
Xəstəxanaya aparılan şəxsin koronavirusa yoluxduğu ehtimal edilsə də hələlik bununla bağlı rəsmi məlumat yoxdur.
BakuPost-un əldə etdiyi məlumata görə, virus şübhəsi ilə xəstəxanaya aparılan şəxs jurnalist deyil. Azərtac-ın müxbirinə məxsus evdə kirayədə yaşayan ailənin üzvüdür.












