Azərbaycanda elektrik və istilik enerjisi istehsalı, həmçinin təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi prosesi artıq tamamilə vahid Enerji Effektivliyi İnformasiya Sistemi (EEİS) vasitəsilə həyata keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Enerji menecment sisteminə dair Tələblər" və bir sıra digər qərarlarda dəyişiklik edilməsi barədə yeni qərar imzalayıb.
Təsərrüfat subyektləri üçün sistemdə xüsusi elektron kabinetlər yaradılır. Şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə, dövlət qurumları tərəfindən qəbul edilən qərarların və rəsmi rəylərin surəti 5 iş günü müddətində birbaşa müəssisənin həmin elektron kabinetində yerləşdiriləcək











