Orqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaq

Orqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaq

Milli Məclisdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

NOCOMMENT.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun layihəsi iyunun 4-də keçiriləcək Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, sözügedən qanun layihəsinin müəllifi tanınmış cərrah transplantoloq, Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımidir.