Şəmkirdə avtobus qəzası: 12 nəfər xəsarət aldı – Son vəziyyətləri… / VİDEO

Şəmkirdə avtobus qəzası: 12 nəfər xəsarət aldı – Son vəziyyətləri… / VİDEO

04.12.2025-ci il tarixində saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından NOCOMMENT.az -a verilən məlumatda bildirilib

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

***09:50

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

NOCOMMENT.az-ın məlumatına görə, rayonun Keçili kəndi ərazisində “Mercedes” markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı(1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***08:30

Şəmkirdə yol qəzası olub.

NOCOMMENT.AZ-ın qərb bürosunun məlumatına görə hadisə rayon ərazisində baş verib.

Belə ki hərəkətdə olan “Mersedec ” markalı mikroavtobusla idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.

Qəza nəticəsində mikroavtobus olan 22 sərnişindən 6 nəfəri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin məlumatına görə mikroavtobus Yevlaxdan Şəmkirdə istixanaya fəhlələri işləməyə aparırmış.

Xatırladaq ki, mikroavtobusda sürücü ilə bərabər 23 nəfər olub.

Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.