Avropa İttifaqı (Aİ) üzv ölkələri səhiyyə vəziyyətinin ümumavropa təsnifatı əsasında Şengen zonası daxilində sərhədlərdən gediş-gəlişin vahid qaydasını razılaşdırıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Aİ Şurasının bugünkü açıqlamasına görə, pandemiya ilə bağlı gediş-gəliş azadlığının məhdudlaşdırılmasına əlaqəli yanaşmaya dair Avropa Komissiyasının tövsiyələri təsdiqləyib: “Bu tövsiyələr Şengen zonasının fəaliyyətindəki parçalanmaları və pozuntuları aradan qaldıraraq insanlar və işgüzar fəaliyyətlər üçün şəffaflığın artmasına təkan verməlidir”.
Qeyd edək ki, bundan əvvəl karantin məhdudiyyətlərini Aİ ölkələri tərəfindən ayrı-ayrılıqda tətbiq olunması nəticəsində Avropa boyu gediş-gəlişdə çətinliklər ortaya çıxırdı.