Sərnişin avtobusu aşdı: 16 yaralı varbackend

Sərnişin avtobusu aşdı: 16 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə aşmış avtobusda olan 16 nəfər yüngül xəsarət alıb.

NOCOMMENT xəbər verir ki, Diyarbəkirdən Van istiqamətində sərnişin daşıyan avtobus Gevaş qəsəbəsi yaxınlığında döngəyə çıxa bilməyib və aşıb.

Xəbərdarlıq üzərinə UMKE, AFAD, 112 Təcili Xidmət, polis və jandarma qrupları qəza yerinə sövq edildi.

Sərnişinlərdən 16-sı yüngül xəsarət alıb. Yaralılardan 9-na qəza yerində tibbi yardım göstərilib, 7-si isə təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.