Si Cinpin Sergey Lavrovu qəbul edibbackend

Si Cinpin Sergey Lavrovu qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Sədri Si Cinpin Pekində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, daha əvvəl Lavrov Çinin xarici işlər naziri Vanq İ ilə görüşüb.Rusiyalı nazir çinli həmkarı ilə görüşündə bildirib ki, tərəflər Ukrayna ilə münaqişənin həlli məsələsi üzrə Moskvanın maraqları nəzərə alınmadan keçirilən görüşlərin mənasız olduğunu təsdiqləyiblər.

Lavrov həmçinin deyib ki, Vladimir Putin və Si Cinpin bu ilin oktyabrında keçiriləcək BRICS (BRİKS) sammiti çərçivəsində Kazanda görüşmək niyyətindədir.

Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.