Şimali Koreya daha iki səfirliyini bağladıbackend

Şimali Koreya daha iki səfirliyini bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Honq-Konq və Liviyadakı diplomatik nümayəndəliklərini bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Belə ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, son aylar bəzi ölkələrdə səfirliklərin bağlanması ilə bağlı qərarlardan sonra Şimali Koreyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə enib.

Qeyd edək ki, daha əvvəl Koreya Xalq Demokratik Respublikası (KXDR) Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandadakı səfirliklərin fəaliyyətini dayandırıb.