Şimali Koreya rusiyalı turistləri qəbul edəcəkbackend

Şimali Koreya rusiyalı turistləri qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primorsk diyarı hökuməti turoperatorlarla birlikdə Vladivostokdan Şimali Koreyaya yay turları üçün proqramlar hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Primorye Beynəlxalq Əməkdaşlıq Agentliyinin rəhbəri Aleksey Stariçkov və “Vostok İntur” turoperatorunun baş direktoru İnna Muxina “OTV” kanalının “Diqqət mərkəzində” verilişinin efirində danışıblar.

“KXDR-ə yay turları üçün proqramlar artıq hazırlanıb. Onların müddəti 8 və 12 gün olacaq, bu müddət ərzində turistlər Şimali Koreya çimərliklərində dincələ biləcəklər. Artıq tarixlər dəqiqləşdirilir”, – deyə verilişin aparıcısının qonaqları bildirib.

Yaz aylarında beş gün davam edən üç tur planlaşdırılır. 40 nəfərin daxil olduğu birinci qrup aprelin 15-də uçacaq. 100-ə yaxın turistin gəlməsi gözlənilən ikincisi aprelin 29-dan mayın 3-dək KXDR-ə səfər edəcək. 6-10 may tarixlərində 30 nəfərlik qrup üçüncü səfərə çıxacaq.

Əvvəllər bildirilirdi ki, Rusiya Səyahət Sənayesi İttifaqı  KXDR-ə səfərlərə tələbatın artdığını qeyd edib. Fevral ayından etibarən müxtəlif turoperatorlar rusiyalı turistlər üçün Şimali Koreyaya müntəzəm səfərlər təşkil edirlər. Beləliklə, fevral ayında Pxenyan və Masikren dağ-xizək kurortuna dörd il ərzində 100 nəfərlik ilk rusiyalı qrup səfər edib. Mart ayında daha iki belə qrup KXDR-ə səfər edib.