Şirvanda DƏHŞƏTLİ yol qəzası: ölən və yaralananlar varbackend

Şirvanda DƏHŞƏTLİ yol qəzası: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Belə ki, sürətlə hərəkətdə olan “Saipa” markalı avtomobil idarəetmədən çıxaraq iki “VAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Şirvan şəhər sakinləri – 1968-ci il təvəllüdlü Ələkbərov Eldar Mirabhüseyn oğlu, 1980-ci il təvəllüdlü Soltanov Ələsgər Sədrəddin oğlu və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.