Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Rusiyanın Qara dəniz taxıl dəhlizi razılaşmasını ləğv etməsini şiddətlə qınadıqlarını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Von der Leyen, mövzu ilə bağlı açıqlama verib.
“Rusiyanın Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin səylərinə baxmayaraq, Qara Dəniz Taxıl Təşəbbüsünü sona çatdırma hərəkətini şiddətlə qınayıram”, – deyib.
Von der Leyen Aİ-nin dünyada çətin vəziyyətə düşənlər üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarının AB-nin əvvəllər qurduğu quru əlaqələri vasitəsilə Ukraynadan daşınmasının davam etdiriləcəyini qeyd edib.












