Avropa İttifaqı Rusiyaya qarşı 2014-cü ilin iyulunda “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə görə” tətbiq etdiyi sektoral iqtisadi sanksiyaların müddətini altı ay uzadıb.
“Şura Rusiya iqtisadiyyatının konkret sektorlarına yönəlmiş qadağanedici tədbirlərin 6 ay müddətinə, 2022-ci il iyulun 31-dək uzadılması barədə qərar qəbul edib”, – məlumatda bildirilir.











