Akar Reznikovla danışdı

Akar Reznikovla danışdı

Türkiyə müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı baş tutub.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hulusi Akar söhbət zamanı Türkiyənin Ukrayna limanlarında qalan ticarət gəmiləri və A400M təyyarələrinin ölkəyə təhlükəsiz şəkildə qayıtması məsələsini bir daha vurğulayıb.