Alaverdyan: Petrosyan 25 il öncə Qarabağ barədə demişdi ki…

Alaverdyan: Petrosyan 25 il öncə Qarabağ barədə demişdi ki…

Anlamaq lazımdır ki, Qarabağ gec-tez Azərbaycanın nəzarətinə keçməli idi. Yadınıza salın, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz bəyanatlarından birində demişdi ki, “artsax” Azərbaycanın tərkibində qalmalıdır. Bu bəyanatdan bir il sonra o, istefa verdi, çünki insanlar onun fikri ilə razı olmadılar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan bölüşüb.

Onun sözlərinə görə, beləliklə, Qarabağın Bakının nəzarətinə keçməsi prosesi 2020-ci ildə deyil, xeyli əvvəl başlayıb.

“Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətə gələrək “artsax”ın hüquqları uğrunda mübarizə aparacağını bəyan etsə də, dünya birliyinin güclü müqaviməti ilə qarşılaşdı. Üçüncü prezident Serj Sarkisyan Köçəryanın atını çapmağa başladı. Eyni ritorika ortaya qoydu, eyni reaksiya ilə qarşılaşdı. Təbii ki, bu prosesdə onların heç biri heç nə əldə edə bilmədi. Onlar hətta “dqr”i tanıya bilmədilər”, – deyə erməni hüquq müdafiəçisi bildirib.