Qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” olmuş Arayik Harutyunyanın hansı cinayətlərdə ittiham olunduğu məlum olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunub.
Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.












