Rüstəm bəy Bakıya kino çəkməyə gəlmirdi – dərhal da elan etdi: onun məqsədi prezident İlham Əliyevi devirmək imiş.
NOCOMMENT.az bildirir ki bu fikirləri Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində deyib.
Rauf Arifoğlunun sözlərinə görə, Azərbaycan siyasətinə, o platforma vasitəsi ilə, Azərbaycana müdaxilə etmək idi:
“Moskvada yaradılan “Milyarderlər İttifaqı” Bakıda Milli Şura qurdu və onun da başına dünya şöhrətli yerlimiz – kinodramaturq Rüstəm İbrahimbəyovu təklif etdi.
Bakıdakı müxalif avtoritetlər həyəcanlandılar, tez, İbrahimbəyovun ətrafında sıx birləşdilər, onu tənqid edən hər kəsi, eləcə də məni, hədəfə aldılar, lənətlədilər və vətən xaini, iqtidar adamı və s. elan etdilər… “
Bundan başqa R. Arifoğlu qeyd edib ki, sonra ictimaiyyətə də məlum oldu ki, İbrahimbəyov Rusiya vətəndaşıdı, prezidentliyə namizəd ola bilməz; sonra ağsaqqal heç Bakıya da gəlmədi:
“Dedi, məni tuta bilərlər, gəlmirəm… Cəmi bir dəfə “ac hərifləri” Tiflisə yığdı, danışdılar, ayrıldılar…”.











