Armen Sarkisyanın vətəndaşlıq məsələsi araşdırılacaq

Armen Sarkisyanın vətəndaşlıq məsələsi araşdırılacaq

Ermənistan Milli Təhlükəsizlik Xidməti istefa verən Prezident Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsini araşdıracaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə təklif təqdim edib.

Bildirilib ki, Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent Kits və Nevis Federasiyasının vətəndaşı olması faktı aşkarlanıb.

Xatırladaq ki, 2021-ci ilin martında 53 hüquqşünas Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı prokurorluğa hesabat təqdim etmişdi. Bildirilmişdi ki, Armen Sarkisyan 2003-2012-ci illərdə ən azı 10 il Birləşmiş Krallığın vətəndaşı olub, son altı ildə Ermənistan onun vətəndaşlıq tələbini təmin etmədiyi halda, 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilmişdi. Krallıq onun vətəndaşlığını 2012-ci il martın 1-dək dayandırsaydı, onda prezident seçilə bilərmiş.