Azərbaycanlıları güllələtdirən, milyonlarla qazax türkünü acından öldürən Levon Mirzoyan

Azərbaycanlıları güllələtdirən, milyonlarla qazax türkünü acından öldürən Levon Mirzoyan

“Xatırlamasaq, olmaz” dediyimiz bir dönəmdən və həmin dönəmdə əlinə fürsət düşmüş bir şovinistin, bir türk düşməninin əməlindən danışmasaq olmaz.

Çünki bizdən gizli saxlanılan tariximizin qaranlıq səhifələrinə işıq düşdükcə anlayırıq ki, son 35 ildə başımıza gələn işğal, deportasiya, talan, faciə və soyqırımı məhz o “bilməzliyin” məntiqi nəticəsidir

Əli qanlı “qırmızı” qvardiya Azərbaycanı işğal etdikdən sonra Levon Mirzoyan adlı qatı daşnak erməni dövlət və partiya xadimi kimi fəailiyyətə başladı. Azərbaycan SSR Kommunist Partiyasının I katibi oldu.

Levon İsaeviç Mirzoyan 18 (30) noyabr 1897-ci ildə Xocavənd rayonunun Heşan kəndində doğulub.

Doğulduğu gündən genetik olaraq “türkə nifrətlə yaşayıb. Yalançı soyqırımın qisasını türk kökənli azərbaycanlılardan almaq üçün Rusiyanın Qırmızı ordusunda öndə gedən qatillərindən olub.

Azərbaycanda doğulduğunu səbəb gətirərək işğalın ilk günündən yüksək mənsəb sahibi kimi 23 yaşından artıq o vəzifə pillələrində qalxmağa başladı. 1920–1925-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı oldu. 1925-29-cu illərdə isə Azərbaycan SSR Kommunist Partiyasının I katibi oldu. Azərbaycanda baş verən adlı-sanlı bəyzadələrin, mollaların həbs edilib güllələnməsində “əməyi böyük olub.

1933-cü ildən partiyanın Qazaxıstan vilayətinin 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb.

Qazaxıstanda olarkən “türk düşmənçiliyi” burda da onu günahsız qanlar tökməyə məcbur edib.

Zaur Əliyev

Tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Zaur Əliyev NOCOMMET.az– a mövzu ilə bağlı danışdı.

“Əvvəlcə onu qeyd edim ki, bu əli qanlı qatil tək sovet hökuməti qurulandan sonra yox, ondan əvvəl də azərbaycanlılara qarşı amansız olub. Erməni daşnak-Nemezis üzvü olaraq Bakıda Azərbaycanlıların 1918-ci il qırğınlarında iştirak edən Levon Mirzoyanın Azərbaycandan getməsinə səbəb isə burda xalqa qarşı etdiyi terror idi. Dəmir Çaxmaxbəy adlı bir nəfər sona qədər onunla mübarizə aparıb. Çaxmaxbəyin Lenin və Stalinə birbaşa çıxışından sonra Mirzoyan Azərbaycandan Qazaxıstana transfer edilib”, – Zaur Əliyev deyib

O, qeyd edib ki, Qazaxıstan birinci katib olaraq daha çox günahsız insan qanının axmasına səbəb olub:

“1933-cü ildən partiyanın Qazaxıstan vilayəti 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. Məhz Qazaxıstana göndərilməsinin bir səbəbi olub.

Qazax xalqına qarşı soyqırım törətmək.1920-1933-ci illər Qazaxıstan və insanlıq tarixinin ən qorxunc hadisələrin yaşandığı tarixlərdən biridir. Qəsdən yaradılan aclıq fəlakəti səbəbiylə, qazaxların 40 faizindən çoxu, yəni, təxminən 2 milyon 230 min adamın ölümünə və heyvanların təxminən 90 faizinin tələf olmasına nail olur. Bu soyqırımın törədilməsi birbaşa Levon Mirzoyanın rəhbərliyi altında olub.

Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib…

26 Fevral 1939-cu ildə Lefortovo həbsxanasında güllələnərək, öldürülüb. Mirzoyana daha sonra bəraət verilsə və rütbəsi geri qaytarılsa da, bu faşistin ruhlu erməninin adına uzun zaman Qazaxıstanda küçə və prospekt olub, heykəli olub. Adı dərsliklərdə gedib.

Baxmayaraq ki, 2015-ci il aprelin 10-da qardaş Qazaxıstanın paytaxtı Astanada təntənəli şəkildə Levon Mirzoyan küçəsinin böyük qazax alimi, akademik Kanış Satpayevin adına dəyişdirildi, amma ümid edirik Levon Mirzoyanın etdiyi soyqırım unudulmadı”.

Əntiqə Rəşid