Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyada həmkarı Sergey Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb.
NOCOMMENT xəbər verir ki, nazir bu barədə özünün tviter hesabında paylaşım edib.
Nazir bildirib ki, tərəflər ikitərəfli münasibətlər, o cümlədən təhlükəsizlik, iqtisadi, humanitar və nəqliyyat əlaqələri barədə danışıblar: “Mən bir daha Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyətlərdən narahatlığımı bildirdim və etirazçıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladım”.












