Blinken Paşinyanla danışdı: dövlət katibi mövzu ilə şəxsən məşğul olacaq

Blinken Paşinyanla danışdı: dövlət katibi mövzu ilə şəxsən məşğul olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Məlumata görə, sentyabrın 15-də tərəflər arasında söhbət olub.

“Dövlət katibi Blinken Ermənistan-Azərbaycan sərhədində son döyüşlər zamanı insan tələfatı ilə bağlı başsağlığını Paşinyana çatdırdı. Dövlət katibi Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi bir daha təsdiqlədi”, – deyə ABŞ Dövlət Departamentinin saytında bildirilib.

Blinkenin fikrincə, diplomatiya problemi həll etməyin yeganə yoludur. Dövlət katibi əmin edib ki, bu mövzu ilə şəxsən məşğul olacaq.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən Ermənistan ordusunun qüvvələri dövlət sərhədində genişmiqyaslı tərxibatlar törədib. Nəticədə ordumuz 71 şəhid verib. Azərbaycan tərəfinin cavab zərbələri sayəsində düşmən tərəf 200-dən çox hərbçi itirib, onun sərhədboyu hərbi infrastrukturu məhv edilib.

Sentyabrın 14-də axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.