“Avropa İttifaqı Bakı və İrəvan arasında sülh danışıqlarının təşviqinə sadiqdir”.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel özünün tviter hesabında yazıb.
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla regionda sülhün bərqərar olması və münaqişələrin stabil həlli yollarını müzakirə etdik. Avropa İttifaqı Bakı ilə İrəvan arasında sülh danışıqlarının təşviqinə sadiqdir”, – deyə Aİ rəsmisi bildirib.












