"Trabzonspor" Məhəmməd Salahın maaşını açıqladı - Fantastik məbləğ

"Trabzonspor" Məhəmməd Salahın maaşını açıqladı - Fantastik məbləğ

"Trabzonspor" Misir millisinin futbolçusu Məhəmməd Salahla bağlanmış müqavilənin maliyyə detallarını Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, klubun İstanbul Birjasına göndərdiyi və KAP-da dərc olunan açıqlamaya əsasən, tərəflər arasında iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən, futbolçuya hər mövsüm üçün 10 milyon avro əməkhaqqı və 7 milyon avro imza haqqı ödəniləcək. Beləliklə, hər mövsüm üzrə ümumi zəmanətli ödəniş 17 milyon avro təşkil edəcək.

Bundan əlavə, müqavilədə performans göstəricilərindən asılı olaraq hər mövsüm üçün bonusların ödənilməsi də nəzərdə tutulub.

Klub həmçinin bildirib ki, imic hüquqları ilə bağlı razılaşmaya əsasən, Məhəmməd Salah adı ilə klubun mağazalarında satışa çıxarılan məhsullardan əldə olunan gəlirin 20 faizi futbolçuya veriləcək.

Açıqlamada menecer xidmət haqqına da toxunulub. Bildirilib ki, bu xidmətə görə futbolçunun ümumi əməkhaqqının 5 faizi həcmində ödəniş ediləcək.\\Qaynarinfo