DOSYE: Gədəbəydə saxlanılan sabiq icra başçısı kimdir? – Ramiz Mehdiyev işi…

DOSYE: Gədəbəydə saxlanılan sabiq icra başçısı kimdir? – Ramiz Mehdiyev işi…

Xəbər verdiyimiz kimi, bu gün Gədədəy rayonunda Saleh Rüstəmov saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiyaya köçüb, orada sahibkarlıqla məşğul olan Saleh Rüstəmov ölkəyə gəldikdə çıxışına qadağa qoyulduğu bildirilib.

Saleh Rüstəmov üç il öncə azadlığa çıxıb.

O, 2018-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilərək həbs edilib, 2022-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

O, 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Qeyd edək ki, bu gün, AXCP sədri Əli Kərimli, üzvləri Faiq Əmirli və Fariz Əliyevin evində axtarış aparılıb və onlar saxlanılaraq DTX-yə aparılıblar.

AXCP sədrinin və müşavirinin evlərindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədar olduğu bildirilir.