Dövlət Gömrük Komitəsinin iki Baş İdarəsinə yeni təyinatlar

Dövlət Gömrük Komitəsinin iki Baş İdarəsinə yeni təyinatlar

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis təyin edilib.

NOCOMMENT.az report-a istinadla xəbər verir ki, bununla bağlı DGK sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəis təyin edilib.

***

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yeni rəis təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.

Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.