Əli Əsədov Fuad Oktayla danışdı

Əli Əsədov Fuad Oktayla danışdı

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.

Bu barədə NOCOMMENT-ə Nazirlər Kabinetindən məlumat verilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.