Türkiyə prezidenti müxalif siyasətçinin onun “şəxsi hüquqlarını” pozduğuna qərar verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu hüquqlarını pozduğuna görə məhkəməyə verib.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə “A haber” məlumat yayıb.
Bundan əvvəl Kılıçdaroğlu sosial şəbəkədə Ərdoğanla bağlı paylaşım edərək, onu xalqın pulunu oğurlamaqda ittiham edib.
Məlumata görə, prezident Ərdoğan 1 milyon lirə (təxminən 68 min dollar) məbləğində mənəvi təzminat tələbi irəli sürüb.











