NATO-nun Ukrayna ilə bağlı sammitindən sonra rusiyalı həmkarım Vladimir Putinlə danışmağı planlaşdırıram.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ukrayna məsələsilə bağlı NATO liderlərinin zirvə toplantısı bizim üçün ən düzgün qərardır. Rusiyalı həmkarımla NATO sammitindən sonra danışıq aparmaq daha yaxşı olardı”, – deyə Türkiyə lideri bildirib.












