Erməni deputatlar Türkiyəyə gediblər

Erməni deputatlar Türkiyəyə gediblər

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Asmik Akopyan və Tsovinar Vardanyan Türkiyənin İstanbul şəhərində səfərdədirlər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qanunverici orqan məlumat yayıb.

Məlumata, görə, onlar iyunun 22-də başa çatacaq Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunan forumunda iştirak edirlər. Deputatları səfərdə Milli Məclis Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi Zabela Kazaryan müşayiət edir.