Ermənistan Prezidentinin fərmanı ilə Romanos Petrosyan ətraf mühit naziri vəzifəsindən kənarlaşdırılıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri postuna gətirilib. Petrosyan bu postda Tiqran Ulixanyanı əvəz edib.
Petrosyanı isə baş nazirin keçmiş baş müşaviri Akop Simidyan əvəz edəcək.












